2024 müharibəyə hazırlığın zirvə ili olacaq – Kim Çen İn

Şimali Koreya lideri Kim Çen İn hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları – Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Kim Çen İn müvafiq bəyanatı Şimali Koreya ordusunun komandirləri ilə Yeni il görüşündə səsləndirib.

O vurğulayıb ki, Pxenyan düşmənləri məhv etmək üçün bütün supergüclü silah arsenalından istifadə etməyə hazırdır.

KXDR lideri əlavə edib ki, 2024 müharibəyə hazırlığın gücləndirilməsi üçün zirvə ili olacaq.