Ötən il Azərbaycan üçün ən mühüm hadisə…

baki esas 44

“Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət 2024-cü ildə də müasir Azərbaycanın hərtərəfli tərəqqisinə və güclənməsinə, sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunmasına, ölkəmizin regional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına xidmət edib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri parlamentin martın 14-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti ilə bağlı hesabatla çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib.

Baş nazir bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə ölkəmizin həyatında mühüm hadisələrdən biri dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən olan COP29-un keçirilməsi oldu:

“80 ölkənin dövlət və hökumət başçılarının bu beynəlxalq tədbirdə iştirakı və müstəsna önəm daşıyan qərarların qəbul edilməsi Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha bütün dünyaya nümayiş etdirdi.

2024-cü il həm də müstəqillik tariximizdə növbəti əlamətdar diplomatik hadisə ilə yadda qaldı. Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçildi. Təbii ki, bu, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan xəbər verir”.

Safura Bənnayeva
Globalinfo.az