2023-cü ildə ən çox istirahət edən prezident-FOTO

ABŞ prezidenti Co Bayden 2023-cü ilin üçdə birindən çoxunu tətil yerlərində keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Mənbənin sözlərinə görə, ABŞ lideri 138 gün (bütün ilin 37%-i) istirahət edib.

Onun bir nömrəli istirahət məkanı Delaverdəki iqamətgah olub.

Nəşrdə qeyd olunub ki, Bayden həmçinin Kemp Deviddə (Merilend), Karib dənizindəki Sent-Krua adasında (ABŞ Virciniya adaları) və Taho gölündə (Nevada) vaxt keçirib.

Safura Bənnayeva
Globalinfo.az