20 Yanvar şəhidləri İsveçdə anıldı – FOTO / VİDEO

İsveçin Yöreborg şəhərində 20 Yanvar Ümummili Hüzn Günü münasibətilə 20 Yanvar şəhidləri böyük hörmət və ehtiramla yad edilib.

Azərbaycan Evi Birliyinin başqanı Ülviyyə Nəcəfova Gloalinfo.az-a bildirib ki, Azərbaycan Evi Birliyi olaraq anım günü tədbiri Azərbaycanın dövlət himni ilə açılıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Daha sonra şəhidlərimizin ruhuna dualar oxunub, ehsan verilib.

Çıxış edənlər  o günün dəhşətli anlarından danışıb, bu qətliamı, qırğını törədənlər qətiyyətlə pislənib.

20 Yanvar günü ilə bağlı qısa filmlər nümayiş olunub.