photo 2025 10 07 00 00 53

Rusiya növbəti dəfə Xarkova zərbə endirib. Partlayışlardan sonra şəhərin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat yayıb.

Mer bildirib ki, Xarkovda azı 18 partlayış qeydə alınıb. Onun sözlərinə görə, şəhər istiqamətində daha bir qrup dron hərəkət edir.

Əhaliyə sığınacaqlarda qalmaq tövsiyə olunub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: