Şahramanyana 427 manat ödənilib – SƏBƏB

Ermənistana qaçan keçmiş qondarma rejimin lideri Samvel Şahramanyan və digər separatçı “rəsmilər” hökumətdən yardım alıblar. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Baş nazir Nikol Paşinyanın Qarabağdan köçən ermənilərə dəstək məqsədilə ayrılan 100 min dram (427 manat) birdəfəlik ödənişdən sözügedən şəxslərin də yararlandığı bildirilir. Onların hər birinə bu məbləğ ödənilib.

Qeyd edək ki, iddialara görə, S.Şahramanyan İrəvanda Qarabağ ermənilərinə “rəhbərliyi” davam etdirmək istədiyini bildirib. Lakin Ermənistan hökuməti ona “artsax” məsələsinin artıq bağlandığını deyərək, başqa işlə məşğul olmağı tövsiyə edib.

Ayşən Mustafa
Globalinfo.az