“Cinemazadeh” bu şirkəti məhkəməyə verdi

Tanınmış film istehsalçısı “Cinemazadeh” “ABC Telekom” MMC-ni məhkəməyə verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb.

“Cinemazadeh” MMC-nin qaldırdığı iddiaya görə, elektronika satışı ilə məşğul olan şirkət bağlanmış müqavilənin öhdəliklərini yerinə yetirməyib.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılır.