14 və 15 yaşlı iki qardaş tutuldu – Sumqayıtda qətlə yetirilən şagirdin FOTOSU

bicaq

Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı Emil Elçin oğlu Qələndərovun görüntüsü yayıılıb.

Həmin fotonu təqdim edir:

Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı gənc ilə bağlı redaksiyamıza təfərrüat daxil olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

Məlumata görə, Emil Qələndərov söyüşə görə iki qardaş tərəfindən qətlə yetirilib.

E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.

***16:41

Sumqayıtda yeniyetmənin qətlinə görə saxlanılanlar var.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

***16:28

Sumqayıtda qətl hadisəsi olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

2008-ci il təvəllüdlü Emil Elçin oğlu Qələndərov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Fakt araşdırılır.