Beyləqanda 17 yaşlı qız qazdan boğulub.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Babayeva Günel Samir qızı qazdan boğulma diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdikləri təcili tibbi yardım sayəsində Günel Babayevanın həyatı təhlükədən xilas edilib.
İlkin məlumata görə, onun boğulmasına səbəb sobanın üzərində olan çaydanın daşaraq qaz plitəsini söndürməsi olub.
Faktla bağlı araşdırma başlanıb.