77567

On yeddi ölkə ABŞ ilə müqavilə imzaladıqdan sonra İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin veb saytında dərc olunan açıqlamada qeyd edilib.

Birgə bəyanat əvvəlcə Böyük Britaniya, Fransa, Almaniya və İtaliya tərəfindən qəbul edilib. Ona Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya qoşulub.

Qeyd edək ki, daha əvvəl Fransa, Böyük Britaniya, Almaniya və İtaliya ABŞ-İran razılaşması ilə bağlı birgə bəyanat yayıblar. Onlar İrana qarşı sanksiyaların “İslam Respublikasının nüvə proqramı ilə bağlı aydın və təsdiqlənə bilən tədbirlərinə cavab olaraq” ləğv edilməsinin mümkünlüyünü bildiriblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: