WhatsApp Image 2023 09 07 at 14.43.57

Növbəti həftə Ermənistanda “Eagle Partner 2023” təlimləri başlayacaq. Bu təlimlərdə həm də ABŞ hərbçiləri iştirak edəcəklər.

Globalinfo.az xəbər verir ki, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov ölkəsinin narahatlığını İrəvana çatdırdığını bildirib.

“Ermənistan KTMT-nin üzvüdür. Əgər müttəfiqlik ruhundan çıxış etsək, o zaman KTMT-yə üzv ölkələrlə təlimlər barədə düşünmək lazımdır. Bu ölkələr Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır. Bu siyahıda ABŞ yoxdur və görünür, heç vaxt da olmayacaq.

Ermənistan hakimiyyəti blokun təlimlərindən imtina etmək yolunu tutub. İrəvan öz qərarını Ermənistan-Azərbaycan sərhədində vəziyyətin pisləşməsi ilə əsaslandırır”, – S.Ryabkov deyib.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: