Təyyarə sərnişinə görə təcili Bakıya eniş etdi

Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).

“Boeing 787-9” təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.