15 il əvvəlki ssenari tətbiq edilir – “Tarix təkrarlanacaq”

“Zelenski Saakaşvilinin taleyini yaşayacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Lap əvvəldən Saakaşvili rejiminin idarəetməsi rusofob xarakter daşıyırdı. Ona Aİ və NATO dəstək verirdi, maliyyələşdirirdilər, silahla təchiz edirdilər, hərbçiləri öyrədirdilər. Eyni şey sonradan Ukraynada da baş verdi.

Sonda Qərbə lazım olmayan Saakaşvili öz vətənində mühakimə olundu. Ukraynadan deportasiya edildi, vətəndaşlıqdan məhrum oldu. İndi o, Gürcüstan prezidenti postunda törətdiyi cinayətlərə görə cəzasını çəkir”, – Volodin qeyd edib.

Siyasətçi bildirib ki, tarix bu dəfə Zelenski ilə təkrarlanacaq, Qərb artıq Zelenski və Kiyev rejimindən bezib.

Ayşən Mustafa
Globalinfo.az