15 erməni hərbçi öldü, Paşinyan asılqanda “qalıb” – Melkonyan

(2023-cü ilin yanvarında Göyçə mahalının Ağkilsə kəndi yaxınlığında yerləşən hərbi hissədə yanaraq ölən erməni əsgərlər)

“Nikol Paşinyan və komandası Ermənistan ordusunu, generalları, zabitləri hədəf alıblar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Mqer Melkonyan deyib.

O, hakimiyyətə indiki vəziyyətdə ordunun lazım olmadığını bildirib:

“Ermənistan ordusu tarixində heç olmadığı qədər qurban verdi, lakin hakimiyyət orduya çox laqeyd yanaşır. Son zamanlar baş verən qətl və intiharların qarşısı alınmadı, hər hansı tədbir görülmədi.

Təəccüblüdür ki, baş nazir yeni tikilən məktəbdə keyfiyyətsiz asılqan və duşa görə bölgə qubernatorunu, şəhərsalma komitəsinin rəisini işdən çıxarır. Amma orduda baş verənlərdən sonra müdafiə naziri, generallar hələ də vəzifədə qalıblar. Yanvarın 19-da 15 erməni hərbçinin yanaraq ölməsindən 1 il keçdi. Lakin hələ də bu məsələyə aydınlıq gətirilməyib. Görünür, bizim hakimiyyətə ordu lazım deyil”.

Ayşən Mustafa
Globalinfo.az