Hakimlərin Seçki Komitəsinə yeni sədr seçilib

2023-cü ilin iyulun 14-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, Hakimlərin Seçki Komitəsindən Apa-ya verilən xəbərə görə, Məhkəmə-Hüquq Şurasının 13 iyul tarixli iclasında Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.

Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.

İclasda həmçinin, hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.