Barda tanış olmadığı kişi qalmayıb – Tolikdən qalmaqallı fikirlər

Tanınmış model Raziyyat Əliyevanın evli sevgilisi tərəfindən döyülməsi ictimaiyyətdə birmənalı qarşılanmadı. Bir qisim onu evli kişi ilə münasibət qurduğuna görə tənqid, hətta təhqir etdi, bir qisim isə tərəfini saxladı.

Oxuculardan biri prodüser Tarix Əliyevin (Tolik) adından yazılmış statusu redaksiyamıza göndərib.

Sitat: “Azərbaycanda bahalı maşınları ancaq bar qızlarına alırlar”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan T.Əliyev elə söz demədiyini bildirib.

“Mən demişəm ki, “əgər bar qızına 200 min manatlıq maşın alıbsa…” Orada söhbət Razidən gedib. Deyirlər, oğlan Raziyə 223 minlik maşın aldığını yazıb, o sözdən sonra mən də demişəm ki, hansı kişi yoldaşından ayrılan abırlı qadını alıb öz evində xanım edər və ona 200 minlik avtomobil bağışlayar?! Yalnız barlarda, model kimi fəaliyyət göstərib İnstaqramda özünü populyar sayanlar pullu kişiləri tapıb, başını bişirib hədiyyə aldırırlar da. Düzdür, öz halal xanımına da avtomobil alanlar var. Qeyrətli ailələrlə işim yoxdur. O qədər şərəfli ailələr var ki”.

T.Əliyev deyib ki, bəzi imkanlı kişilər pullarını bu cür insanlara xərcləyirlər:

“Fikir verin, namuslu qız ailə qurur, qismət elə gətirir ki, boşanıb ata evinə qayıdır. Onunla ailə qurmurlar ki, yox, bu adam boşanıb. Amma barlarda tanış olmadığı adam qalmır, adı Bakı ilə bir olan bir qıza maşın alırlar. Həyatdır, ayrılıq hər kəsin başına gələ bilər, mənim anam da atamdan boşanmışdı. Deməyim odur ki, boşanan xanımla ailə qurmaq istəmirlər, lakin diskotekada tanış olduqları birinə görə gözəl ailəsini boşayıb, gedib ən bahalı saat, ev, avtomobil alırlar. Heç yoldaşına, bəlkə, bir dəfə saat almır e! Aqibət budur! Sadəcə, bar qızlarının bəxti daha yaxşı gətirir”.

Zaira Akifqızı
Globalinfo.az