“12 milyard dollarlıq yeni neft yatağı kəşf etdik” – Ərdoğan

150 ​​milyon xalis neft ehtiyatı olan yeni yataq kəşf edilib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, terrordan təmizlənən Qabar dağında minalardan təmizləmə işlərində şəhid olan jandarmamız Esma Çevikin adını daşıyan bölgədə 150 ​​milyon xalis neft ehtiyatı olan yeni yataq kəşf etdik:

“2022-ci ildə dünyada quruda 10 ən böyük kəşfdən biri olan bu ehtiyatın dəyəri bugünkü qiymətlərlə təxminən 12 milyard dollardır. Neftin çox yüksək keyfiyyətə malik bu bölgədə 4 quyudan sutkada 5 min barel hasil edirik. Quyularımızın sayını sürətlə artırmaqla biz buradakı neft hasilatını daha yüksək səviyyələrə çatdıracağıq”.

“Son illərdə ölkədə neft kəşfiyyatı və qazma işlərinin sürətlə artmasının ən mühüm səbəblərindən biri bu sahədə texnologiyanın lokallaşdırılmasıdır”, – deyə dövlət başçısı bəyan edib.