Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 8 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 515, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 597, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 096 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 399 nəfər müalicə olunaraq sağalıb, 10 220 nəfər vəfat edib, aktiv xəstə sayı 422 nəfərdir.

Ölkədə son sutka ərzində 1002, hazırkı dövrədək isə 7 580 828 test aparılıb.

Azərbaycanda son sutkada 48 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib