Ukrayna və Böyük Britaniyanın Azov dənizi ilə bağlı istənilən iddiası sərt şəkildə cavabını alacaq.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, 100 illik tərəfdaşlıq sazişinin (Böyük Britaniya və Ukrayna arasında – red.) arxasında Londonun Baltik, Qara və Azov dənizlərində möhkəmlənmək istəyi dayanır.