63a1f320dd3a763a1f320dd3a8167155792063a1f320dd3a463a1f320dd3a6

Türkiyəyə məxsus 2 ədəd A400M təyyarəsi Ukraynadan qayıdıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar yardım aparan və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən, lakin hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalan 2 ədəd A400M təyyarəsi Kayseriyə qayıdıb.

Təyyarələr Kayseri şəhərinin hava limanına enib.

Qeyd edək ki, təyyarələr fevralın 23-dən bəri Ukraynadadır.

Paylaş: