Ərdoğanın sözçüsü: “Sülh ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”

“Azərbaycan-Ermənistan sərhədindəki toqquşma bizi narahat edir”.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində yazıb.

“Müzakirələr davam edərkən Ermənistan təxribatlardan çəkinməlidir. Sülh və sabitlik ancaq Azərbaycann ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”, – o bildirib.

İ.Kalın, həmçinin Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.