Ərdoğandan İrana Zəngəzur koridoru cavabı – VİDEO

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan aeroportunun açılış törənində və ondan sonra keçirilən tədbirlərdə bir neçə açıqlamaları, replikaları gündəmin əsas mövzularına çevrilib. Cəbrayılda Türkiyə və Azərbaycan prezidentlərinin birgə mətbuat konfransında Ərdoğanın bir fikri xüsusilə müzakirələrə səbəb olub. Türkiyə liderinin Zəngəzur koridoru ilə bağlı səsləndirdiyi fikirlərin  İrana cavab olduğu haqda sosial şəbəkələrdə dünəndən bəri ciddi müzakirələr aparılır. Nə deyib Ərdoğan? Onun bu fikri niyə Azərbaycanda bu qədər alqışa və müzakirəyə səbəb olub? Sitat: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur koridoru ilə bağlı bəzi çevrələrdəki qorxu və narahatlıqlar mənə görə yersizdir. Yəni artıq bütün Qarabağın atdığı bu addımlardan sonra belə bir qorxuya yer yoxdur. Əmin addımlarla Azərbaycan yoluna davam edir”.

Xatırladaq ki, İran Zəngəzur koridoru ilə bağlı  indiyədək xoş olmayan açıqlamalar verib. Ən son açıqlama isə “Zəngəzur koridoru İran üçün qırmızı xətir” fikri idi.

Globalinfo.az Ərdoğanın mətbuat konfransında səsləndirdiyi həmin fikirlərin yer aldığı videonu təqdim edir:

Globalinfo.az