İki supergücün kəşfiyyat rəhbəri Ankaraya gəldi – Ərdoğandan reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və onun rusiyalı həmkarı, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Ankarada görüşmələrinə münasibət bildirib.

Globalinfo.az-ın APA-ya istinadən verdiyi xəbər görə, Ərdoğan G20 sammitindən sonra jurnalistlərə müsahibəsində bildirib ki, Türkiyə ABŞ və Rusiyanın bir araya gəlməsini təmin etmək istəyir.

“Bu qədərini deyə bilərəm ki, Rusiyanın və Amerikanın nüvə silahına müraciət edib-etməyəcəyi məsələsində Kəşfiyyat İdarəsinin rəhbərindən aldığım məlumata görə, hazırda hər iki tərəfin də nüvə silahı ilə bağlı hər hansı bir təşəbbüsü yoxdur. Biz də tez-tez bir araya gəlmələrini təmin etmək istəyirik. Allah göstərməsin, bu yeni bir dünya savaşına yol açar. Buna da fürsət verməyək”, – Ərdoğan qeyd edib.