Ərdoğana İmam Buhari ordeni təqdim edildi – FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İmam Buhari ordenini təqdim edib.

Globalinfo.az “Haber Globa”a istinadən xəbər verir ki, orden Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısından öncə Prezidentlər arasında keçirilən görüşdən sonra təqdim edilib.

“Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam Buharinin adını daşıyan bir universitetin burada yaradılması müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu ordenə görə əziz qardaşım Şavkat Mirziyoyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən tam əminəm ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. İmam Buhari Universiteti çox mühüm elm və cazibə mərkəzi olacaq”, – deyə Türkiyə Prezidenti bildirib.