Ərdoğan: “Zəngəzur dəhlizi ilə bağlı hansısa çətinlik görmürəm”

“Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa çətinlik görmürəm”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Çexiyanın paytaxtı Praqada keçirdiyi görüşləri xatırladıb: “Orada Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstan Baş naziri Orban və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdük. Sonrada da heyətlər arası görüş oldu. Bu məsələlər barədə danışdıq”.