Ərdoğan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb.Sərəncam “Resmi Gazete”də dərc edilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib.

Xatırladaq ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.