311658606 5526059004180686 4183893942927305753 n 4

Qazaxıstanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə stolüstü tennis oynayıb.

Globalinfo.az xəbər verir ki, prezidentlərin yarışmasının görüntüləri Erdoğan Digital Media hesabından paylaşılıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana gedib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mayın 10-u Türkiyəyə rəsmi səfəri zamanı da liderlər stolüstü tennis oynamışdı.

 

 

311321667 5526059007514019 8342677132200940096 n

 

Paylaş: