Ərdoğan seçkiyə bu mahnı ilə gedir – VİDEO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə Nümayəndəliyi “Çırpınırdı Qara dəniz” mahnısını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilər üçün kampaniya mahnısı olaraq seçib.

Globalinfo.az xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsus olan mahnının sözləri dəyişdirilərək seçkiyə uyğunlaşdırılıb. Mahnıya isə “Senden Vazgeçmeyiz” adı verilib.

Sözügedən klipi isə partiyanın İstanbul üzrə Nümayəndəliyinin rəhbəri Osman Nuri Kabaktepe öz sosial media hesabında paylaşıb.

Klipdə Ərdoğanın Prezident İlham Əliyevlə görüşlərini əks etdirən görüntülər də yer alıb.

Xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.