Ərdoğan Paşinyanla ABŞ-da görüşəcəkdi, lakin…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyanın Nyu-Yorkda görüşü planlaşdırılmışdı, lakin tərəflərin proqramları buna imkan vermədi.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinəg görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ərdoğanla Paşinyan yaxın günlərdə Praqa şəhərində görüşə bilər.

“Türkiyə bu məsələni Azərbaycan tərəfi ilə koordinasiya edir. Rəsmi Bakı da məsələyə dair müsbət mövqe nümayiş etdirir”, – deyə Prezidentin sözçüsü vurğulayıb.