erdogan 12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, biz düşmən yox, dost qazanmağa cəhd edirik. O, həmçinin qeyd edib ki, Ermənistanın Laçın və Zəngəzur dəhlizləri ilə bağlı addımları Türkiyənin qərarlarına müsbət təsir göstərə bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan Azərbaycanla mövcud problemləri həll etmədiyi təqdirdə rəsmi Ankara İrəvanla münasibətləri normallaşdırmayacaq:

“Yəni Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycandan asılıdır. Təəssüf ki, hazırda bu istiqamətdə də irəliləyiş yoxdur. Əksinə, N.Paşinyan yenidən Azərbaycan əleyhinə açıqlama verdi. Belə olan təqdirdə Zəngəzur dəhlizinin açılması da, yekun sülh müqaviləsinin imzalanması da çətinləşir.

elxansahinoglu 1

Nəzərə almaq lazımdır ki, münasibətlərin normallaşması Türkiyədən çox, Ermənistana lazımdır. Ermənistan məhz bundan sonra Rusiyanın təsirindən çıxıb, Avropaya inteqrasiya edə bilər. Türkiyənin şərti əvvəldən məlumdur. Prezident Ərdoğan da bunu hər dəfə dilə gətirərək rəsmi İrəvana mesaj verir”.

Turan Rzayev,
Globalinfo.az

Paylaş: