Ərdoğan Mirziyoyevlə Azərbaycan-Özbəkistan-Türkiyə platformasını müzakirə etdi

Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev ikitərəfli əlaqələri, eyni zamanda regional məsələləri müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Özbəkistanın xarici işlər naziri Vladimir Norov bildirib.

XİN rəhbəri qeyd edib ki, liderlər Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli platforması çərçivəsində dialoqun daha da inkişaf etdirilməsini müzakirə ediblər.