Ərdoğan Makronla bağlı həqiqəti söylədi

“Fransa beynəlxalq ictimaiyyətdə prestijini itirir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, xüsusilə Afrikada Parisin reputasiyasınının zədələndiyini bildirib.

Prezident Ərdoğan Fransanın Mali ilə münasibətlərinin pozulduğunu, Burkina-Fasonun isə Fransaya hərbçilərini ölkədən çıxarmaq üçün bir ay vaxt verdiyini, Toqonun da oxşar addım ata biləcəyini deyib:

“Əslində, Fransanın başında duran şəxs dövlət başçısı olmaq üçün lazım olan kvalifikasiyaya sahib deyil”.

Ərdoğan həmçinin Makronun digər ölkələrin liderləri ilə dürüst davranmadığını, bunun isə ona qarşı etimadsızlıq yaratdığını deyib:

“Hazırda o, parlamentdə reputasiyasını itirib, yalnız prezident postunda qalıb. Fransa daima prestij itirir”.

Qeyd edək ki, Türkiyə-Fransa münasibətləri Makronun hakimiyyətə gəlməsindən sonra daha da pisləşib. Nəticədə iki ölkənin maraqları Aralıq dənizi və Afrikada toqquşmağa başlayıb. Fransa Prezidenti həmçinin Türkiyəni “Avropaya təhdid” adlandırıb.

İlkin Həsənov
Globalinfo.az