Ərdoğan: “Bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik”

“Böyük bədəllər ödənərək uzun illər sonra bölgədə davamlı sülh şansı yaranıb. Biz bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik”.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Azərbaycan-Ermənistan müzakirələrindəki irəliləyişin Türkiyə-Ermənistan arasında normallaşma prosesinə müsbət töhfə verəcəyi şübhəsizdir. Qardaş Azərbaycanla əməkdaşlığımızı “tək millət, iki dövlət” şüarı ilə hər sahədə daha da gücləndirməkdə qətiyyətliyik. Səfərimin sadəcə ikitərəfli əlaqələr baxımından yox, bütün bölgəmiz üçün xeyirlərə vəsilə olmasını arzulayıram”, – Türkiyə Prezidenti qeyd edib.