Ərdoğan: “Azərbaycanın da daxil olduğu üçtərəfli platformadan ciddi nəticələr gözləyirik”

 

“Azərbaycan, Türkiyə və Qazaxıstanın daxil olduğu üçtərəfli platformadan ciddi nəticələr gözləyirik”

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada bu ölkənin Prezidenti Kasım-Jomərt Tokayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Müzakirələrimiz zamanı həm də regional əlaqələr barədə danışdıq. Keçən il Türk Dövlətləri Təşkilatı yaratmağımızdan məmnunam. Gələn ay Özbəkistanda keçiriləcək zirvə toplantısı əlaqələrimizi daha da gücləndirəcək”, – o bildirib.