Ərdoğan Azərbaycana səfərə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, Türkiyə lideri bu gün Zəngilan hava limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.

Xatırladaq ki, Türkiyə lideri ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.