Ərdoğan: Azərbaycan qazı Türkiyənin qovşaq olmasında önəmli faktor olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə edib.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə o “A-Haber” kanalına müsahibəsində Azərbaycana son səfəri zamanı bunun müzakirə olunduğunu deyib.

Ərdoğan qeyd edib ki, iki ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri mövcuddur.

Onun sözlərinə görə, TANAP vasitəsi ilə isə Azərbaycandan nəql olunacaq əlavə təbii qaz Türkiyənin qaz mərkəzi olması mövzusunda önəmli faktor olacaq.