Ərdoğan açıqladı: Suriyada yerüstü əməliyyat başlayacaq

“Türkiyə ən münasib vaxtda yerüstü antiterror əməliyyatına başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Suriya və İraqın şimalında hava əməliyyatlarının fasiləsiz davam etdiyini də qeyd edib.

“Təyyarə, artilleriya və PUA-larla həyata keçirdiyimiz əməliyyatlar yalnız başlanğıcdır. Hataydan Hakkariyə qədər bütün cənub sərhədlərimizi hücumlara qarşı təhlükəsizlik zolağı ilə bağlamaq əzmimiz hər zamankından daha güclüdür”, – deyə o bildirib.