Ərdoğan “60 illik arzumuz gerçəkləşdi” dedi: Bakıya yola salındı – YENİLƏNDİ

“Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq TOGG avtomobili artıq yola salınıb”.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TOGG avtomobilinin ilk nümunələrinin təqdimatı mərasimində deyib.

Türkiyə lideri elektromobilin Prezident İlham Əliyevə sabah təqdim olunacağını bildirib. Onun sözlərinə görə, avtomobilin rəngi “Anadolu” olacaq.
Qeyd edək ki, Türkiyə Prezidentinə təqdim edilən TOGG avtomobili də eyni rəngdədir.

***18:43

Türkiyənin yerli elektromobili “Togg”un ilki dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təhvil verilib.

Globalinfo.az xəbər verir ki, R.T.Ərdoğan “Togg”un bu gündən etibarən artıq vətəndaşlar tərəfindən də istifadə ediləcəyini bildirib.

Belə ki, dövlət başçısı “Anadolu” rəngindəki 34 EE 2071 nömrəli elektromobili əldə edib.

“Bu gün millətimizin 60 illik arzusunun gerçəkləşdiyinin birlikdə şahidi oluruq. “Türk əsri”nin ilk bəhrələrindən biri olan TOGG vətənimizə xeyirli olsun”, – deyə Prezident Ərdoğan təqdimat mərasimində bildirib.

Qeyd edək ki, elektromobilin növbəti nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq.