Əliyevin Münhen görüşləri – “Onların Bakıya ehtiyacı var”

Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciəti əsasında Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq, Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü Armin Laşeti, Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqe, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.

Maraqlıdır, bu təmaslar Ermənistan-Azərbaycan münasibətlərində nəyi dəyişəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov qeyd edib ki, Prezident İlham Əliyev 60-cı Münhen Təhlükəsizlik konfransı çərçivəsində bir çox mühüm görüşlərdə iştirak etdi:

“Bu proses də qarşı tərəfin istəyi ilə baş tutub. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzunun göstəricisidir. Ölkəyə maraq, diqqət və etimadın böyük olduğundan xəbər verir. Görüşlər çərçivəsində iki tərəfi də maraqlandıran xüsusi əhəmiyyətli məsələlərə toxunulub. Ölkələr arasında siyasi, iqtisadi və digər sahələrlə bağlı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşlər Azərbaycanın inkişafı, gələcəyi, artan nüfuzu ilə bağlı ciddi əhəmiyyətə malikdir. Dünyanın Azərbaycana ehtiyacı var”.

Politoloq bildirib ki, görüş çərçivəsində Azərbaycan-Ermənistan münasibətləri də müzakirə olunub:

“Almaniya kansleri Olaf Şoltsun ev sahibi kimi təşəbbüsü nəticəsində əvvəlcə üçtərəfli, ardınca isə ikitərəfli görüşlər baş tutub. Burada iki ölkə arasında sülh müqaviləsi mətninin danışılması üçün xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi, delimitasiya komissiyalarının danışıqlarının davam etdirilməsi qərara alındı. Bu da müsbət irəliləyişdir. Komissiya sonuncu dəfə yanvarın 31-də görüşüb, sülh müqaviləsi istiqamətində danışıqlar məktublaşma halında həyata keçirilirdi. Bu da effektiv olmurdu. Ermənistan öhdəliklərinə əməl edərsə, sülh mətni üzərindəki işi daha da sürətləndirmiş olar”.

Safura Bənnayeva
Globalinfo.az