Slovakiyanın Baş naziri Robert Fitso Kiyev rejiminin lideri Volodimir Zelenskinin mesajını Rusiya Prezidenti Vladimir Putinə çatdıracağını bildirib.
Globalinfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu 8 mayda açıqlayıb.
“Fitsoya efirdə sual verildi. Bəli, o, Zelenskidən bir şey çatdıracağını dedi. O, mesaj gətirdiyini bildirdi”.
Prezidentin mətbuat katibi onu da əlavə edib ki, Rusiya dövlət başçısı ilə Slovakiyanın Baş naziri arasında hələlik görüş olmayıb.
Fitso həmin gün Putinlə mövcud fikir ayrılıqlarını müzakirə etməyi və Rusiya liderinə suallar verməyi planlaşdırdığını bildirib.
Tahir Turan
Globalinfo.az