Ukrayna Prezidenti Volodimir Zelenskinin Budapeştə planlaşdırılan səfəri təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın “HVG” portalı məlumat yayıb.
Bildirilib ki, bazar ertəsinə planlaşdırılan Zelenski ilə Macarıstanın Baş naziri Peter Magyar arasında görüş razılaşdırıla bilmədiyi üçün təxirə salınıb.
Bundan əvvəl Avropa diplomatik dairələrindəki mənbələr bildirmişdi ki, bu görüş Macarıstanın Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü üzrə ilk danışıqların başlanmasına qoyduğu vetonun aradan qaldırılmasına kömək edə bilər.
Əliyar Xəlil
Globalinfo.az