2 60 900x605 1

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı əsas prioritetlərin ballistik raketlərə qarşı müdafiə sistemləri (antiballistik müdafiə) və Vaşinqtonla strateji əməkdaşlığın gücləndirilməsi olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

“Artıq Amerika Birləşmiş Ştatlarındayam. Qrafikdə Prezident Tramp, onun komandası və ölkəmizin müdafiəsinə dəstək verə biləcək şəxslərlə görüşlər var. Bir nömrəli prioritet antiballistik müdafiə və Amerika ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır”, – deyə Zelenski bildirib.

Məlumata görə, 28 iyulda Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Liderlərin hava məkanında atəşkəs təklifini də müzakirə edəcəyi gözlənilir.

Bununla yanaşı, Zelenskinin ABŞ səfəri senator Lindsi Qremlə vida mərasimində iştirak etməsi ilə də əlaqələndirilir.

Bununla belə, bəzi KİV-lər səfərin əsas məqsədinin Vaşinqtonla təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək olduğunu yazır.

Görüş zamanı Trampın Zelenskidən hansı tələbləri irəli sürə biləcəyi də müzakirə mövzularındandır.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: