Zelenskidən ordu ilə bağlı AÇIQLAMA: “Müharibə bunu sübut edir”

“Ukraynada hərbi sənaye kompleksinin 500 müəssisəsi fəaliyyət göstərir. Onlar Ukrayna ordusu üçün silah istehsal edirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukraynada 300 minə yaxın insan silah istehsalı ilə məşğuldur.

“Hazırda Ukraynada hərbi sənaye kompleksinin 500 müəssisəsi fəaliyyət göstərir. Bu mühüm istehsalda 300 minə yaxın insan iştirak edir. Bütün bunlar, müstəqilliyimizin əsas təməllərindən biridir. Müharibə bunu sübut edir”.

Zelenski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin sayəsində Qara dənizi düşmən gəmilərindən təmizləmək mümkün olub. Ukraynanın “Stugnas”, “zireh” və “FPV” pilotsuz təyyarələri isə artıq qeyri-adi bir şey deyil”, – Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az