“Rusiya lideri Vladimir Putina ünvanladığım açıq məktubdan gözlədiyim nəticəni əldə etmişəm.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bütün detalları sizinlə bölüşə bilmərəm, lakin dövlətimin çox ciddi həcmdə antiballistik müdafiə imkanlarına ehtiyacı var. Mən nəticə əldə etmişəm. Amma bunu açıqlaya bilmərəm. Putinə məktub göndərərkən müəyyən məqsədim var idi və düşünürəm ki, lazım olan nəticəni əldə etdim”, – deyə Zelenski bildirib.
Zelenski Putinə ünvanladığı açıq məktubda müharibənin başa çatdırılması məsələsini müzakirə etmək üçün şəxsi görüş keçirməyi təklif kimi irəli sürüb və Ukraynanın iki ölkə lideri arasında birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.
Putin isə buna cavab olaraq bildirib ki, belə görüşdə məna görmür. Çünki Rusiyaya konkret razılaşmalar lazımdır.
Əliyar Xəlil