Zelenski Trampın andiçməsinə qatılacaq? – Açıqladı

zelenski fridman

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın yeni seçilmiş lideri Donald Trampın andiçmə mərasiminə yalnız dəvət alacağı təqdirdə qatılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski Fridmana müsahibəsində deyib.

O bu gün Vaşinqtonda olmaq istədiyini, lakin ABŞ prezidentinin birbaşa dəvəti olmadan səfərin xoş olmadığını qeyd edib:

“Mən belə insanam. Məsələn, Putini dəvət etməmişik, amma o gəlib”.

Ötən ay Donald Tramp jurnalistlərə deyib ki, o, hələ Volodimir Zelenskini inaqurasiya mərasiminə dəvət etməyib, amma onu orada görmək istəyir.

Sitat: “Gəlmək istəsə, gəlməsini istərdim. Lakin hələ onu dəvət etməmişəm”.

Xatırladaq ki, Donald Tramp yanvarın 20-də rəsmi olaraq Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə başlamalıdır.

Zaira Akifqızı
Globalinfo.az