Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Kiyevin yanında qalmasını istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “CNN” televiziya kanalına verdiyi müsahibədə danışıb.
Ukrayna lideri bildirib ki, ABŞ-ın münaqişədən kənarda qalması prosesə ciddi təsir edir:
“Trampın Konqresdəki çıxışında Ukraynanın Rusiya ilə qarşıdurmasında bizə dəstək verəcəyinə ümid edirik”.
Əliyar Xəlil
Globalinfo.az