zelenskiy reu 2076192 900x506 2

“Rusiya cəbhədəki şəxsi heyət ehtiyacını qarşılamaq üçün əlavə səfərbərlik prosesinə başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Moskva müxtəlif yollarla orduya cəlb olunan şəxslərin sayını artırır və xarici vətəndaşların müharibəyə cəlb edilməsini də genişləndirməyi planlaşdırır:

“Rusiyanın xarici ölkələrdə hərbi qulluqçu cəlb etməsi barədə həmin dövlətlərin hakimiyyət orqanlarını məlumatlandıracam. Onlar öz vətəndaşlarının müharibəyə cəlb edilməsinin qarşısını almağa çalışmalıdır”.

Zelenski qeyd edib ki,  Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, Şimali Koreya Rusiyaya əlavə 10 min hərbçi göndərməyə hazırlaşır:

“Hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisi var.  Kreml Pxenyanın hərbi dəstəyi müqabilində onlara müxtəlif texnologiyalar təqdim edir. Bu əməkdaşlıq çərçivəsində Şimali Koreyada “Shahed” tipli zərbə PUA-larının istehsalı da təşkil olunub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: