2025 07 17T131535Z 1693809087 RC25LEA611ZI RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY DRONES pic 32ratio 900x600 900x600 87173

“Ukrayna Prezidenti Volodimir Zelenski ərazilərlər bağlı məsələni müzakirə etməyə hazırdır. Lakin bu, yalnız Rusiya Prezidenti Vladimir Putinlə görüşdə mümkündür”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislytsya deyib.

XİN rəsmisi Ukrayna prezidentini bütün detalları Putinlə müzakirə etməyə hazır olduğunu bildirib:

“Bu məsələdə əsas məqam təmas xətti ilə bağlıdır. Zelenski ərazilər mövzusunda həm Ukraynanın qanunvericiliyi, həm də ictimai rəyi əsas tutur. Xalq torpaqlarımızın sülh üçün dəyişdirilməsinin qəti şəkildə əleyhinədir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: