zelenski 1

“Türkiyəyə səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda danışıqları pozmaq planı hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Onun yeni qalmaqal hazırladığına əminəm. Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putini günahkar elan etmək niyyətindədir. Zelenski “şou” göstərəcək. Artıq Böyük Britaniya və Fransadan olan adamlar Putindən nəyisə tələb etmək barədə fikirlər irəli sürürlər. Belə olarsa, o, mütləq imtina edəcək və qarşı tərəf üstünlük qazanacaq”, – o bildirib.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: