Kral xərçəng diaqnozundan sonra ilk dəfə ictimaiyyət arasında – VİDEO

Britaniya kralı III Çarlz xərçəng diaqnozu elan edildikdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

Globalinfo.az xəbər verir ki, kralın görüntüsünü “The Daily Telegraph” yayıb.

Məlumata görə, Londonun mərkəzindəki “Clarence House”dən Bukinqem Sarayına qədər qısa bir məsafəlik yolda maşınla gedən Çarlz gülümsəyib və yoldan ötənlərə əl yelləyib.